Pentaqon ABŞ-nin əsas prioritetlərini açıqladı

Pentaqon ABŞ-nin əsas prioritetlərini açıqladı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Çin, #İran, #Münaqişə, #Qrenlandiya, #Rusiya, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Silahlı Qüvvələri üçün prioritet Çini cilovlamaq və Avropanı deyil, ABŞ-ni müdafiə etmək olacaq.

presstvaz xəbər verir ki, bu məqam ABŞ-nin Hərb Nazirliyinin (Pentaqon) açıqladığı yeni müdafiə strategiyasında nəzərdə tutulub.

Orada deyilir ki, Avropa hələ də mühüm rol oynayır, lakin onun qlobal iqtisadi gücü azalır.

“Buradan belə çıxır ki, biz Avropanın işlərində iştiraka davam etsək də, ABŞ-ni müdafiə etməyə və Çini cilovlamağa üstünlük verməliyik və verəcəyik”, – sənəddə deyilir.

Bu strategiyada Rusiyadan fərqli olaraq, Çin təhdid kimi göstərilmir. Pentaqon Çini ABŞ-dən sonra ikinci ən güclü ölkə adlandırır və Pekinin artan təsirini qeyd edir.

Yeni strategiyadakı digər məqamlar aşağıdakılardır:

– Qrenlandiya kimi strateji əraziyə girişi ABŞ ordusu təmin edilməlidir;

– Ukrayna münaqişəsinə son qoyulması qeyd olunur, lakin onun həlli üçün, əsasən, Avropa məsuliyyət daşıyır;

– NATO-dakı müttəfiqlərin “gizli hərbi potensial” baxımından Rusiyadan üstün olduğu bildirilir;

– strategiya Rusiyanın nüvə arsenalını dünyada ən böyük arsenal kimi tanıyır;

– ABŞ nüvə qüvvələrini modernləşdirməyə və uyğunlaşdırmağa davam edəcək, əsas diqqət eskalasiyalardan çəkindirmə və onların idarəolunmasına yönəldəcək;

– hesab olunur ki, İran danışıqlardan imtina etməyə cəhd göstərə və nüvə silahı əldə etməyə davam edə bilər;

– Koreya Xalq Demokratik Respublikasının nüvə qüvvələri Vaşinqton üçün birbaşa təhdid kimi təsvir olunur.

Eyni zamanda, Pentaqon yeni müdafiə strategiyasının “təcrid strategiyası olmadığına” zəmanət verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv