Ukrayna-Qərb münasibətlərində gərginlik: Zelenskinin hansı tələbləri yerinə yetirilmir?

Ukrayna-Qərb münasibətlərində gərginlik: Zelenskinin hansı tələbləri yerinə yetirilmir?






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Belarus, #Donald Tramp, #Kiyev, #Müharibə, #Münaqişə, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosdakı açıqlamaları rəsmi Kiyevin Qərblə münasibətlərində müəyyən narazılıqların olduğunu göstərir”.

presstvaz buildirir ki, bunu  siyasi ekspert Rəşad Bayramov Zelenskinin fikirlərini şərh edərkən deyib.

O bildirib ki, Zelenskinin Avropanın fəaliyyətsizliyini Rusiyanın “Oreşnik” raketlərini Belarusda yerləşdirməsinə səbəb kimi göstərməsi Ukraynanın təhlükəsizlik və müdafiə məsələlərində Qərbdən gözləntilərinin tam qarşılanmaması kimi qiymətləndirilə bilər:

Ukrayna-Qərb münasibətlərində gərginlik: Zelenskinin hansı tələbləri yerinə yetirilmir?

“Bu, həm də Zelenskinin mesajıdır ki, Ukrayna yalnız diplomatik bəyanatlarla kifayətlənmir, real hərbi və strateji yardım tələb edir. Davos Forumu kimi qlobal platformalarda belə çıxışlar həm Qərb liderlərinə ismarış, həm də daxili ictimaiyyətə siqnal funksiyası daşıyır. Onun açıqlamaları Qərb və Ukrayna arasında narazılıq və etimad çatışmazlığının mövcud olduğunu göstərir. Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Putinlə görüşməsi fonunda Ukraynanın bu narazılığı daha aydın sezilir.

Yəni ABŞ-nin Rusiya ilə diplomatik kanalları açıq saxlaması, amma Ukraynanın bu burada kifayət qədər təmsil olunmaması, eləcə də Kiyevin hərbi və strateji maraqlarının lazımi səviyyədə nəzərə alınmaması Zelenskinin sərt, incik çıxışının mənbəyini anlamağa imkan verir. Bu, həm də Qərb ölkələrinin Ukraynanın təhlükəsizliyi məsələsini prioritetə çevirmədiyi qənaətini formalaşdırır. Zelenskinin Davosdakı açıqlamalarından belə nəticəyə gəlmək olar ki, Ukrayna Qərbdən sürətli, adekvat və konkret hərbi dəstək gözləyir”.

Politoloq vurğulayıb ki, Qərbin yardımlarının çatdırılma tempi, növü və həcmi Ukraynanın gözləntiləri ilə tam üst-üstə düşmür:

Ukrayna-Qərb münasibətlərində gərginlik: Zelenskinin hansı tələbləri yerinə yetirilmir?

“Avropa ölkələrinin real addımlar atmaqda tərəddüdləri mövcuddur, bu isə Ukraynanı narazı salır. Nəticədə münaqişənin həlli və təhlükəsizliyin təmin olunması baxımından koordinasiya problemləri ilə yanaşı, prioritet fərqlilikləri də ortaya çıxır. Bütün bunlara baxmayaraq, Zelenskinin Davos çıxışında incikliklə yanaşı, Ukrayna və Avropa arasında strateji əməkdaşlığın perspektivləri də xüsusi olaraq vurğulanıb.

Əslində müharibə və enerji məsələləri kontekstində Avropa həm iqtisadi, həm də siyasi dəstək göstərir. ABŞ və bir sıra Avropa ölkələri Ukraynaya hərbi yardımı davam etdirir. Lakin bu dəstəyin sürəti və istiqaməti Ukraynanın tələbinə tam uyğun gəlmir. Bu, Zelenskinin çıxışında hiss olunan narazılığı izah edir. Ümumilikdə isə Davosdakı açıqlamalar və son görüşlər göstərir ki, Ukrayna-Qərb münasibətlərində elə də böyük uçurum yoxdur, lakin gərginlik artıb. Bu isə özünü daha çox taktiki və psixoloji səviyyədə büruzə verir.

Zelenski bir tərəfdən Qərbə mesaj göndərərək real hərbi və diplomatik dəstək tələb edir, digər tərəfdən isə strateji əməkdaşlığın davam etdiyini vurğulayaraq Ukrayna üçün sürətli və konkret addımların atılmasını istəyir”.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv