Mərkəzi Bank 6,5 milyon manatlıq əmlakını hərraca çıxarır

Mərkəzi Bank 6,5 milyon manatlıq əmlakını hərraca çıxarır






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hərrac, #Torpaq sahəsi, #Xaçmaz rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan əmlaklar hərraca çıxarılır.

presstvaz-ın məlumatına görə, əmlaklar arasında ən baha olanı 2 milyon 688 min 237 manat dəyərindəki Oğuz rayonu, Muxas kəndində yerləşən 18.3169 hektarlıq torpaq sahəsidir.

Hərraca çıxarılan digər əmlaklar isə aşağıdakılardır:

– Oğuz rayonu, Muxas kəndində dəyəri 146 min 762 manat olan bir hektar torpaq sahəsi;

– Neftçala rayonu, Astanlı kəndində dəyəri 481 min 600 manat olan 56 hektar torpaq sahəsi;

– Neftçala rayonu, Aşağı Surra kəndində dəyəri 430 min manat olan 50 hektar torpaq sahəsi;

– Neftçala rayonu, Yeniqışlaq kəndində dəyəri 106 640 manat olan 12.4 hektar torpaq sahəsi;

– Neftçala rayonu, Yeniqışlaq kəndində 430 min manat dəyərində 50 hektar torpaq sahəsi;

– Neftçala rayonu, Yeniqışlaq kəndində 538 min 360 manat dəyərində 62.60 hektar torpaq sahəsi;

– Xaçmaz rayonu, Aşağıoba kəndində 273 min manat dəyərində 0.70 hektar torpaq sahəsi;

– Xaçmaz rayonu, Aşağıoba kəndində 546 min manat dəyərində 1.4 hektar torpaq sahəsi;

– Xaçmaz rayonu, Aslanoba kəndində 923 min 520 manat dəyərində 2.368 hektar torpaq sahəsi.

Hərraca çıxarılan əmlakların ümumi dəyəri 6 milyon 564 min manat olaraq qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv