İspaniyada 45 nəfərin öldüyü qatar qəzasının səbəbi bəlli oldu

İspaniyada 45 nəfərin öldüyü qatar qəzasının səbəbi bəlli oldu






presstv

"Presstv"az #Audi, #Hadisə, #İspaniya, #İspaniyanın, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyada qatarın relsdən çıxmasının əsas səbəbi dəmiryol xəttindəki çatlar olub.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın Dəmir Yolu Qəzalarının Araşdırılması Komissiyası (CIAF) məlumat yayıb.

“Komissiyanın məlumatına görə, qatarının yoxlanılması zamanı 2, 3, 4 və 5 nömrəli vaqonların sağ təkərlərinin relslə təmas səthində yarıqlar aşkar edilib. Bu, təkərlərdəki zədələnmələr və müşahidə edilən rels deformasiyası ilə uyğun gəlir. Relsdəki çatın qəzaya uğrayan qatarın keçidindən əvvəl olduğu və buna görə də nəqliyyat vasitəsinin yolundan çıxdığı güman edilə bilər”, – deyə komissiyanın hesabatında bildirilib.

Xatırladaq ki, qəza yanvarın 18-də Adamus şəhəri yaxınlığında (Əndəlüs muxtar icması) baş verib. Malaqadan Madridə gedən təxminən 300 nəfəri daşıyan qatar relsdən çıxıb və Madriddən Huelvaya gedən qatarın hərəkət etdiyi yola çıxıb. Nəticədə qatarlar toqquşub və ikinci qatar da relsdən çıxıb. Hadisə zamanı 45 nəfər ölüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv