Azərbaycanda “Palatalar haqqında” Qanun qəbul edilə bilər – TƏKLİF

Azərbaycanda “Palatalar haqqında” Qanun qəbul edilə bilər – TƏKLİF






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İqtisadi siyasət, #Milli Məclis, #sənaye və sahibkarlıq komitəsi, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sənaye və ya ticarət palataları biznes ilə hökumət arasında körpü rolunu oynayır və iqtisadi islahatların daha da dərinləşməsinə töhfə verir. Azərbaycanda fəaliyyət göstərən palataların əksəriyyəti ictimai təşkilatlar kimi fəaliyyət göstərirlər. Bu isə onların fəaliyyət istiqamətlərinə və dialoq imkanlarına təsirsiz ötüşmür”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.

Azərbaycanda Palatalar haqqında Qanun qəbul edilə bilər - TƏKLİF

O bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə bu qurumların fəaliyyəti ictimai təşkilatlar haqqında qanunlar ilə deyil, xüsusi qanun ilə tənzimlənir:

“Bu baxımdan, Azərbaycanda da “Palatalar haqqında” Qanun layihəsinin hazırlanması və qəbulu məqsədəuyğun olardı. Bu biznes subyektlərinin fəaliyyətlərin koordinasiya edilməsinə və real sektorun daha yaxından dəstəklənməsinə imkan verə bilər. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, palataların fəaliyyətinin xüsusi qanunla tənzimlənməsi onların biznesə dəstək imkanlarını artırır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv