Sarayda YOL PROBLEMİ – “Avtobus və taksilər əraziyə gəlmək istəmir”

Sarayda YOL PROBLEMİ – “Avtobus və taksilər əraziyə gəlmək istəmir”






presstv

"Presstv"az #Abşeron rayonu, #Audi, #Avto, #avtobus, #Bələdiyyə, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron rayonunun Saray qəsəbəsində bəzi küçələrin yararsız halda olması sakinlərin narazılığına səbəb olub.

presstvaz xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Qeyd olunub ki, qəsəbənin Vüqar Rüstəmov və Natəvan küçələri çox acınacaqlı vəziyyətdədir.

Abşeron rayonunun Saray qəsəbəsində bəzi küçələrin yararsız halda olması sakinlərin narazılığına səbəb olub.

presstvaz xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Durumu izah edən şikayətçi deyib ki, qəsəbənin Vüqar Rüstəmov və Natəvan küçələri çox acınacaqlı vəziyyətdədir:

“Bu gördüyünüz yol hansısa bir ucqar kənddə deyil. Saray qəsəbənin içərisində hərəkət edən 522 nömrəli avtobusun yoludur. Yağışdan sonra bura elə vəziyyətə düşür ki, nəinki avtobus, heç bir maşın bu küçələrə girmək istəmir. Öz maşınımızla hərəkət edəndə avtomobilin detalları sıradan çıxır. Taksilər də bura gəlməkdən imtina edirlər”.

presstvaz-ın sorğusuna cavab olaraq Saray bələdiyyəsindən bildirilib ki, sözügedən küçələrdə hər il qəsəbə bələdiyyəsi tərəfindən cari təmir işləri aparılır:

“Küçələrin əsaslı təmiri qəsəbə bələdiyyəsinin bu il üçün tədbirlər planına daxil edilib. Büdcə imkan verdikcə nəzərdə tutulan işlər həyata keçiriləcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv