Tramp onu xəstə adlandırdı

Tramp onu xəstə adlandırdı






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Hakim, #İran, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ prezidenti Donald Tramp İranın 37 illik rəhbəri Ayətullah Əli Xameneinin hakimiyyətinə son qoyulmalı olduğunu bildirib.

presstvaz xəbər verir ki, Tramp son üç həftədə ölkə üzrə minlərlə etirazçının öldüyünü xatırladaraq, ölkə rəhbərliyini hərbi müdaxilə ilə hədələdiyini qeyd edib.

Tramp əvvəlcə iranlıları etirazları davam etdirməyə çağırdığını, lakin sonradan qətllərin dayandırılması barədə məlumat aldığını söyləyib. O, Əli Xameneinin 800-dən çox şəxsin edam edilməsini ləğv etməsini "ən yaxşı qərar" adlandırıb və bildirib ki, İran zorakılıq və repressiya ilə idarə olunur, minlərlə insan həyatını itirir. O vurğulayıb ki, liderlik qorxu və ölümlə yox, hörmətlə olmalıdır.

"Bu adam xəstədir. O, ölkəsini düzgün idarə etməlidir və insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi insanların yaşaması üçün dünyanın ən pis yeridir. Çünki liderlik zəifdir", – deyə D.Tramp əlavə edib.

Öz növbəsində Əli Xamenei ölkədə iqtisadi durumun çətin olduğunu etiraf edib və dövlət məmurlarını vəzifələrini daha ciddi yerinə yetirməyə, əsas ərzaq və məhsulların çatdırılmasını təmin etməyə çağırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv