KİV: Avropa Trampın BMT-yə yeni alternativ elan edəcəyindən qorxur

KİV: Avropa Trampın BMT-yə yeni alternativ elan edəcəyindən qorxur






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Çin, #Donald Tramp, #Münaqişə, #Qəzza, #Qəzza zolağı, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa hökumətləri ABŞ Prezidenti Donald Trampın faktiki olaraq BMT-yə alternativ yeni beynəlxalq qurum yaradacağından ehtiyat edirlər.

presstvaz xəbər verir ki, bu barədə “Bild” öz mənbələrinə istinadən məlumat verir.

Qəzetin məlumatına görə, ABŞ prezidenti Davosa səfərindən BMT-yə rəqib bir təşkilat yaratmaq və qlobal siyasətdə təsirini daha da gücləndirmək üçün istifadə edə bilər. D.Tramp təklif etdiyi Sülh Şurasından Qəzza zolağındakı vəziyyəti həll etmək bu məqsədlə istifadə edə bilər.

Bu qurum əvvəlcə Qəzza zolağında yeni yaradılmış hökumətin işinə nəzarət etmək üçün nəzərdə tutulmuşdu. Lakin “Bild”in qeyd etdiyi kimi, Qəzza məsələsi Sülh Şurasının bu yaxınlarda dərc edilmiş nizamnaməsində, demək olar ki, yer almayıb. Əvəzində təşkilat “münaqişədən zərər çəkən və ya təhlükə altında olan ərazilərdə sülhü təmin etməlidir” və beləliklə, onun fəaliyyəti Qəzzadan kənara çıxır.

D.Trampa yalnız şuranın rəhbərliyi deyil, həm də digər üzvlərin qərarlarını ləğv etmək və birtərəfli qaydada öz varisini təyin etmək səlahiyyəti veriləcək.

Qəzetin mənbələrinə görə, ABŞ hökuməti Sülh Şurasının tərkibi barədə Avropa ölkələrinə, demək olar ki, heç bir məlumat verməyib. “Bild” iddia edir ki, Trampın Çin və Rusiya ilə şura çərçivəsində, lakin Avropa ölkələrinin iştirakı olmadan müqavilələr bağlaması ideyası Avropa üçün böyük nüfuz itkisi deməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv