Almaniyalı idman eksperti: “Bu qarşılaşmada favorit “Ayntraxt Frankfurt”dur”

Almaniyalı idman eksperti: “Bu qarşılaşmada favorit “Ayntraxt Frankfurt”dur”






presstv

"Presstv"az #"Qarabağ", #Almaniya, #Audi, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ayntraxt Frankfurt” kimi yüksəksəviyyəli və təcrübəli komandaya qarşı oynamaq “Qarabağ” üçün asan olmayacaq”.

presstvaz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında almaniyalı idman eksperti Norbert Raeder deyib.

Ekspertin fikrincə, qarşılaşmanın favoriti “Ayntraxt Frankfurt” komandasıdır:

“Qarabağ” Azərbaycanın güclü klublarından biridir. Lakin Çempionlar Liqasında “Ayntraxt Frankfurt” kimi yüksəksəviyyəli və təcrübəli komandaya qarşı oynamaq onlar üçün asan olmayacaq. Frankfurt təmsilçisi beynəlxalq arenada kifayət qədər oyun keçirib. Məncə, bu qarşılaşmada favorit bizim komandadır. Bununla belə, “Qarabağ” sürpriz edə, oyunu gərgin və maraqlı mübarizə şəraitində keçirə bilər. Matçın Bundesliqa klubunun xeyrinə başa çatacağını düşünürəm”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” matçı saat 21:45-də start götürəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv