Yardımlının bəzi kəndlərində İŞIQ PROBLEMİ: Güclü qar xətlərdə qırılmalara səbəb olub

Yardımlının bəzi kəndlərində İŞIQ PROBLEMİ: Güclü qar xətlərdə qırılmalara səbəb olub






presstv

"Presstv"az #Audi, #elektrik problemi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yardımlı rayonunun bir neçə kəndində elektrik enerjisinin verilməsində fasilə müşahidə olunur.

presstvaz   Oxu.az-a istinadən  bildirilib ki, güclü qar yağması səbəbindən bəzi elektrik xətlərində qırılmalar baş verib.

Müraciətdə qeyd olunub ki, yolların bağlı olması işləri bir az da çətinləşdirir.

“Qar bütün kənd yollarını tutub. Yolları gəlib açan yoxdur ki, ərazidəki işıq idarəsi işini görə bilsin”, – deyə müraciətdə bildirilib.

“Azərişıq”ASC-dən presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qurumun qəza xidməti əməkdaşları ərazidə iş başındadırlar.

“Güclü qar səbəbindən müəyyən dağ kəndlərində elektrik xətlərində qırılmalar baş verib. Ötən gün Lerik və Cəlilabad rayonları ərazisində baş verən mövcud elektrik problemi həll olunub. Gecə saatlarına kimi əməkdaşlarımız tərəfindən müvafiq işlər görülüb və əsas xətlərimizdə baş verən qəzalar tam olaraq aradan qaldırılıb. Bu istiqamətlərdə elektrik verilişi ilə bağlı heç bir problem yoxdur.

Hazırda Yardımlı rayonun Zevin kəndi istiqamətində 10 min kVt-luq xəttimizdə qəza var. Bu səbəbdən Zevin kəndi istiqamətində olan üç kiçik dağ kəndində işıq yoxdur. Xəttin bərpa olunması üçün yolun açılması işləri görülməlidir. Qəza xidmətlərimizin əməkdaşları iş başındadırlar və maksimum dərəcədə tez bir zamanda yolu açıb yaranmış problemi həll edəcəyik. Yol açılan kimi dərhal həmin qəza da aradan qaldırılacaq, gün ərzində elektrik enerjisinin verilişi təmin olunacaq”, – deyə məlumatda bildirilir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv