34 yaşlı qadının komaya düşməsində təqsirləndirilən plastik cərrahın məhkəməsi başladı

34 yaşlı qadının komaya düşməsində təqsirləndirilən plastik cərrahın məhkəməsi başladı






presstv

"Presstv"az #Audi, #Bakı, #Cinayət işi, #Hadisə, #Hakim, #Səhlənkarlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nəsimi Rayon Məhkəməsində əməliyyat zamanı xəstənin komaya düşməsində təqsirləndirilən estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

presstvaz-ın məlumatına görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən Cəmilə Əliyevanın vəkili vəsatət verib və iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib.

Növbəti məhkəmə prosesi yanvarın 28-nə təyin edilib.

İttihama görə, hadisə ötən ilin aprel ayında Bakıdakı “MedAura” klinikasında baş verib. Klinikada rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. Məlumata görə, komadan ayılan qadın sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib.

Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb, Yaqub Əsədi və Cəmilə Əliyeva barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv