Yanvarın 20-də qeydə alınan cinayətlərin açılması və əməliyyat tədbirlərinin nəticələri açıqlanıb

Yanvarın 20-də qeydə alınan cinayətlərin açılması və əməliyyat tədbirlərinin nəticələri açıqlanıb






presstv

"Presstv"az #Ailə, #Avto, #Azərbaycan, #DİN

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
42,9 kiloqramdan artıq narkotik və qanunsuz silah-sursat götürülüb
        Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, yanvarın 20-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Gün ərzində narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb. Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşayış yerini tərk etdiyinə görə itkin kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib, dələduzluğa görə axtarışda olan 7 nəfər isə istintaqa təhvil verilib.

       Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 42,9 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Götürülən narkotik vasitələr 35 kiloqrama yaxın marixuana, 4,4 kiloqramdan artıq heroin və 3,5 kiloqrama yaxın tiryəkdən ibarət olub.

Eyni zamanda yanvarın 20-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlərlə 2 avtomat silahı, 3 tapança, 19 tüfəng, 1 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

       Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv