Belçikanın baş naziri: “Avropa ABŞ-yə güzəştə getsə, ləyaqətini itirə bilər”

Belçikanın baş naziri: “Avropa ABŞ-yə güzəştə getsə, ləyaqətini itirə bilər”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Avropa, #Belçika, #Donald Tramp, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Avropa İttifaqı Vaşinqtona güzəştə getməyə davam edərsə, ləyaqətini itirmək riski ilə üzləşər”.

presstvaz “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikri Belçika Baş naziri Bart de Vever Davos Forumunda çıxışı zamanı bildirib:

“Düşünürəm ki, Avropa yol ayrıcındadır. Əgər indi güzəştə getsək, ləyaqətimizi itirəcəyik”.

O, indiyədək Avropanın Ağ Evin başçısını sakitləşdirməyə çalışdığını və tarif məsələlərinə çox yumşaq yanaşdığını qeyd edib:

“İndi qərar qəbul etməyin vaxtıdır”.

Belçikanın baş naziri yanvarın 21-də Donald Trampla görüşəcəyini də açıqlayıb.

O, görüş zamanı amerikalılara qırmızı xətləri keçdikləri barədə siqnal vermək fikrində olduğunu söyləyib.

Siyasətçi deyib ki, ABŞ prezidentini seçim qarşısında qoymaq niyyətindədir: “Birlikdə olmaq və ya ayrılmaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv