Domodedovo limanına müştəri tapılmadı

Domodedovo limanına müştəri tapılmadı






presstv

"Presstv"az #Audi, #Hərrac, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Domodedovo Hava Limanının satışı üzrə hərrac iddiaçıların olmaması səbəbindən ləğv edilib.

presstvaz-ın “Kommersant”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat hərracın rəsmi saytında dərc edilib.

Məlumata görə, yalnız fərdi sahibkar Yevgeni Vitalyeviç Boqatı hərracda iştirak etmək istəyib.

Hərrac planları dekabr ayında elan edilib. Müraciətlər 13-19 yanvar tarixlərində qəbul edilib. Lotun başlanğıc qiyməti 132 milyard rublu (2.89 milyard manat) keçib. Cəmi 1% artım elan edilib. Maliyyə naziri Anton Siluanov ötən ilin sonunda potensial alıcının ortaya çıxdığını bildirmişdi. Yeni il tətillərindən sonra “Avito” satış saytında qısa müddətə hava limanının 132.2 milyard rubla satılması ilə bağlı elan peyda olub və satıcı “PAO Bank PSB” kimi qeyd edilib.

Hava limanı əvvəllər hüquqi şəxslərlə yanaşı, iş adamları Dmitri Kamenşik və Valeri Koqana məxsus olub. Ötən ilin iyun ayında Moskva Vilayət Arbitraj Məhkəməsi Rusiya Baş Prokurorluğunun iddiasını təmin edib və hava limanını dövlətin xeyrinə müsadirə edib. Ölkə üçün bu strateji müəssisənin dəyəri bir trilyon rubl (21.8 milyard manat) olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv