“Haber Global” 20 Yanvar faciəsi ilə bağlı süjet hazırlayıb

“Haber Global” 20 Yanvar faciəsi ilə bağlı süjet hazırlayıb






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Haber Global, #Həkim, #SSRİ, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin “Haber Global” telekanalı 20 Yanvar faciəsi ilə bağlı süjet yayıb.

presstvaz xəbər verir ki, materialda faciədən 36 il ötdüyü vurğulanıb:

“Bu gün qardaş Azərbaycanın hüzn günüdür. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı Bakıya girən sovet tanklarının qarşısına keçdi və bədənlərini sipər etdi, 147 nəfər şəhid oldu”.

Materialda vurğulanıb ki, Azərbaycanın müstəqillik tarixinə düşən 20 Yanvar dirənişi SSRİ-nin çöküşünü də sürətləndirib:

“Azərbaycan xalqı vətən uğrunda sovet tanklarının qarşısına silahsız çıxdı. İçərisində erməni əsgərlərin də olduğu SSRİ-nin hərbi texnikaları heç kimə rəhm göstərmədi, qarşısına kim çıxdısa, əzib Bakıya girdilər, küçələrdə ölüm saçdılar. Ancaq Azərbaycan xalqının zülmə boyun əymək niyyəti yox idi. Son damla qanlarına kimi sovet tanklarına dirəndilər. Moskva isə qan tökməyə davam etdi. O gecə uşaqlar, qadınlar qətlə yetirildi. Yaralılara yardım üçün gələn həkimlərə belə atəş açıldı”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv