“Napoli”nin hücumçusu “Qalatasaray”a transfer oluna bilər

“Napoli”nin hücumçusu “Qalatasaray”a transfer oluna bilər






presstv

"Presstv"az #Audi, #Futbol, #Niderland, #Qalatasaray, #Türkiyə, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qalatasaray” “Napoli”nin cinah hücumçusu Noa Lanqın transferi üçün hərəkətə keçib.

presstvaz “Sabah” nəşrinə istinadən xəbər verir ki, Türkiyə təmsilçisi 26 yaşlı futbolçunu satınalma maddəsi ilə icarə əsasında heyətinə qatmağı planlayır.

“Napoli” futbolçusunun UEFA Çempionlar Liqasındakı “Kopenhagen”ə qarşı oyunundan sonra transferinə icazə verəcəyini bildirib. “Qalatasaray” tərəfi oyunçunun transferini dördüncü günə qədər tamamlamağı planlayır.

Qeyd edək ki, Niderlandın “Feyenoord” gənclər akademiyasının yetirməsi olan Noa Lanq daha sonra “Ayaks”, “Tvente”, “Brügge” və PSV klublarında oynayıb. Ötən mövsüm yay transfer pəncərəsində PSV-dən “Napoli”yə transfer olunub. Bu mövsüm “Napoli”nin heyətində 26 oyuna çıxan Lanq bir qol, iki assistlə yadda qalıb.

Napolinin hücumçusu Qalatasaraya transfer oluna bilər


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv