Ombudsman 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat verib

Ombudsman 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat verib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Hadisə, #Hakim, #Heydər Əliyev, #İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), #SSRİ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bəyanat verib.

presstvaz xəbər verir ki, Ombudsmanın bəyanatı ölkə və dünya ictimaiyyətinə çatdırılıb.

Sənəddə deyilir:

– 1990-cı il yanvarın 19-dan 20-nə ötən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı hərbi müdaxilədən 36 il ötür.

İnsanlıq əleyhinə törədilmiş bu qanlı hadisə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub.

Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir.

Həmin gecə Bakı şəhərində və respublikanın digər bölgələrində mülki və silahsız əhaliyə qarşı qeyri-mütənasib hərbi güc tətbiqi nəticəsində 150 nəfər dinc sakin qətlə yetirilib, 744 nəfər yaralanıb. Nəticədə beynəlxalq hüquq normaları ilə bərabər, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları da kobudcasına pozulub, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulub.

Dinc əhaliyə qarşı hərbi güc tətbiqi, xəbərdarlıq edilmədən və real təhlükə mövcud olmadan insanların həyat və sağlamlığına qəsd edilməsi beynəlxalq insan hüquqlarının tələblərinə görə yolverilməzdir və dövlətlərin fövqəladə vəziyyətlərdə belə riayət etməli olduqları mütləq normaların pozuntusu hesab olunur. Bu baxımdan, 20 Yanvar hadisələri beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulduğunu təsdiq edir.

O dövrdə ən ciddi bəyanatı xalqımızın Moskvada yaşayan ulu öndəri Heydər Əliyev Azərbaycan xalqı adından vermişdi. Təzyiqlərə və şəxsi təhlükəsizlik risklərinə baxmayaraq, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat qarşısında çıxış edərək, dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayəti açıq şəkildə pisləməsi, onun birbaşa keçmiş SSRİ rəhbərliyinin məsuliyyəti olduğunu bəyan etməsi 20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymətin verilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyır.

Bununla yanaşı, beynəlxalq ictimaiyyət və aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən həmin dövrdə bu hadisələrə lazımi siyasi-hüquqi qiymətin verilməməsi beynəlxalq ədalət prinsiplərinin pozulması ilə nəticələnib, cəzasızlıq mühitinin formalaşmasına zəmin yaradıb. BMT-nin insan hüquqları mexanizmləri çərçivəsində kütləvi və ağır pozuntulara vaxtında və prinsipial reaksiya verilməməsi sonrakı mərhələlərdə regionda insan hüquqlarına qarşı törədilmiş digər ağır cinayətlər üçün əlverişli zəmin yaradıb.

Ombudsman olaraq vurğulamaq istərdim ki, 20 Yanvar faciəsinin beynəlxalq hüquq normaları prizmasından obyektiv və hərtərəfli araşdırılması, bu hadisələrin insanlıq əleyhinə cinayət kimi tanınması, habelə yalnız icraçıların deyil, qərar qəbuletmə prosesində iştirak etmiş bütün məsul şəxslərin hüquqi cavabdehliyinin təmin edilməsi ədalətin bərpası baxımından zəruridir.

Bu istiqamətdə beynəlxalq təşkilatları, xüsusilə BMT-nin müvafiq mexanizmlərini prinsipial mövqe sərgiləməyə, 20 Yanvar hadisələrini törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb olunması, bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verilməsi məqsədilə birgə əməkdaşlığa dəvət edirəm.

20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv