Dağ yamacında yerləşən Urakəran kəndindən REPORTAJ: “Adının tarixi Ağ Hun imperiyası dövrünə gedib çıxır”

Dağ yamacında yerləşən Urakəran kəndindən REPORTAJ: “Adının tarixi Ağ Hun imperiyası dövrünə gedib çıxır”






presstv

"Presstv"az #Audi, #Bakı, #DİN, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Yardımlı rayonunun Urakəran kəndinə səfər edilib.

Yardımlı şəhərinin mərkəzindən təxminən 5 kilometr, Bakıdan isə 200 kilometrə yaxın məsafədə, dağ yamacında yerləşən Urakəran kəndinin mövcud durumu və sakinlərin gündəlik həyatı verilişdə diqqət mərkəzində olub.

Kənd sakini Rasim dayı Baku TV-yə kənddə sosial mühitin zəif olmasının insanların köçünə səbəb olduğunu bildirib:

“Bizim kəndin əhalisi çox idi, indi bir az azalıb. Şəraitsizlikdən çıxıb gediblər şəhərə. Burada toplaşacağımız, vaxt keçirəcəyimiz məkan yoxdur, tarixən də olmayıb. Bütün günü mən həyat yoldaşımın, o da mənim sifətimə baxır. İnsan eyni şeyi təkrar edəndə bezir, yenilik lazımdır”.

Kənd sakini Qabil Qaraxanlı isə Urakəranın tarixi barədə məlumat verib. Onun sözlərinə görə, kəndin qədim adı “Urağaran” olub və ərazi-inzibati dəyişikliklərindən sonra indiki adını alıb: “Kəndimizin adının tarixi Ağ Hun imperiyası dövrünə gedib çıxır. Çünki ağ hunların tərkibində uar tayfaları var idi. Biz uar tayfalarıyıq”.

Buraxılış çərçivəsində Yardımlı rayonunun təbiət incilərindən biri olan Nisəqala kanyonu da ziyarət olunub. Həm təbiət möcüzəsi, həm də tarixi zənginliyi ilə seçilən kanyonun qayalıqları qədim dövrlərdə buranın strateji əhəmiyyət daşıdığını göstərir. Dar keçidlər, saf dağ havası və axan çay Nisəqala kanyonunu həm macəra, həm də sakitlik axtaranlar üçün cəlbedici məkana çevirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv