İranın "Starlink"i necə blokladığı üzə çıxdı: tarixdə ilk dəfə belə bir üsul tətbiq edildi

İranın "Starlink"i necə blokladığı üzə çıxdı: tarixdə ilk dəfə belə bir üsul tətbiq edildi






presstv

"Presstv"az #Hadisə, #İlon Mask, #İran, #Kosmos

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın daxili etirazlar zamanı İlon Maskın “Starlink” peyk internet sistemini sıradan çıxarmaq üçün kosmosda peyklərə qarşı birbaşa elektron müdaxilə etdiyi məlum olub. Mütəxəssislərin fikrincə, bu, bəşər tarixində bir ölkənin peyk siqnallarını birbaşa kosmik orbitdə bloklamasına dair ilk nümunədir.

presstvaz xəbər verir ki, adətən ölkələr interneti yerüstü stansiyalar və ya provayderlər səviyyəsində kəsirlər. Lakin İran “Uplink Jamming” (yuxarı ötürmənin boğulması) texnikasından istifadə edərək birbaşa kosmosdakı “Starlink” peyklərini hədəf alıb. Bu üsulla peykin özünə elə güclü və saxta siqnallar göndərilir ki, peyk yerüstü terminallardan (boşqablardan) gələn həqiqi siqnalları qəbul edə bilmir.

“Starlink” sisteminin üstünlüyü onun yerdəki kabellərdən asılı olmamasıdır. Lakin İranın tətbiq etdiyi bu üsul peykin yerlə rabitə qurmasını texniki olaraq imkansız hala gətirib. Bu, sadəcə bir bölgəni deyil, həmin peykin əhatə dairəsində olan bütün terminalları internetdən məhrum edib.

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və digər qlobal qurumlar bu hadisəni “kosmosun təhlükəsizliyinə təhdid” kimi qiymətləndiriblər. Çünki bu növ müdaxilələr təkcə interneti kəsmir, həm də digər mülki və elmi peyklərin fəaliyyətinə ciddi maneələr yarada bilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv