Luis Enrike yayda “Real Madrid”ə rəhbərlik edə bilər

Luis Enrike yayda “Real Madrid”ə rəhbərlik edə bilər






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Fransa, #Fransa Superkuboku, #İspaniya, #İspaniya Superkuboku, #Paris, #PSJ, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

PSJ-nin baş məşqçisi Luis Enrike 2026-cı ilin yayında Paris klubundan ayrılaraq “Real Madrid”i idarə edə bilər.

presstvaz xəbər verir ki, bu barədə “Topskills Sports UK”in X hesabında məlumat paylaşılıb.

Məlumata görə, Enrike yeni kluba keçməyə açıqdır, lakin bu, yalnız oyunçular, transferlər və idman qərarları üzərində tam nəzarəti ələ keçirmək şərti ilə mümkündür. Qeyd olunur ki, ispan məşqçi İspaniya liqasına qayıtmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.

2023-cü ilin yayından bəri Enrike PSJ-ni çalışdırır və onunla birlikdə Çempionlar Liqasını, Qitələrarası Kuboku, UEFA Superkubokunu və iki Fransa çempionluğunu, iki Fransa Kubokunu və iki Fransa Superkubokunu qazanıb.

Xatırladaq ki, Enrike 2014-cü ildən 2017-ci ilə qədər “Barselona”nın baş məşqçisi vəzifəsində çalışıb. Katalonlar onun rəhbərliyi altında Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu, UEFA Superkubokunu, iki İspaniya çempionluğunu, üç İspaniya Kubokunu və bir İspaniya Superkubokunu qazanıblar.

Enrike, həmçinin “Selta Viqo”, “Roma” və İspaniya millisindəki məşqçilik işi ilə də tanınır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv