Samvel Karapetyanla bağlı qərar qəbul olundu

Samvel Karapetyanla bağlı qərar qəbul olundu






presstv

"Presstv"az #Audi, #Ermənistan, #Hakim, #İrəvan, #Münaqişə, #Rusiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Apelyasiya Məhkəməsi rusiyalı oliqarx Samvel Karapetyanın ev dustaqlığı barədə qərarı qüvvədə saxlayıb.

presstvaz-ın məlumatına görə, bu barədə Ermənistan mediası məlumat yayıb.

İş adamının qardaşı oğlu Narek Karapetyanın “Facebook”da verdiyi məlumata görə, bir gün əvvəl tibb mərkəzindən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasına köçürülən Samvel Karapetyan yanvarın 18-də evə qayıdacaq.

S.Karapetyanın vəkili Aram Vardevanyanın verdiyi məlumata görə, təcridxanada saxlanılan iş adamı barədə qərar dekabrın 30-da ev dustaqlığı ilə əvəzlənib. Lakin yanvarın 16-da S.Karapetyanın ev dustaqlığı barədə qərarın təcridxanada saxlanılma ilə əvəzlənməsi tələb olunub.

Bununla belə, bu gün məhkəmə onun təcridxanaya köçürülməsi barədə tələbi rədd edərək, ev dustaqlığını qüvvədə saxlayıb.

“Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan ruhanilərlə hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra, 2025-ci ilin iyun ayında həbs edilib. Sonradan iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri (vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması) ilə yeni ittihamlar irəli sürülüb.

İş adamının ictimaiyyət qarşısında çıxış etməklə bağlı məhkəmə məhdudiyyətləri də aradan qaldırılıb.

“Hakim Tolmazyan onun məhkəməyə qədər həbsdə saxlanıla bilməyəcəyi barədə qərar verdi. Samvel Karapetyan girov və şəhərdən çıxmamaq şərtilə ev dustaqlığına buraxılıb. Həmçinin digər vacib bir faktı da vurğulamaq istərdim. İctimai müraciətlərə və çıxışlara qoyulan məhdudiyyətlər də aradan qaldırılıb”, – deyə S.Karapetyanın vəkili Aram Vardevanyan “Facebook”da bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv