Makron gözlərini eynək altında gizlətdi

Makron gözlərini eynək altında gizlətdi






presstv

"Presstv"az #Audi, #Bricit Makron, #Emmanuel Makron, #Fransa, #Paris, #Yeni Kaledoniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa prezidenti Emmanuel Makron Yelisey Sarayında Yeni Kaledoniyanın institusional gələcəyinə həsr olunmuş görüşə eynəklə qatılıb.

presstvaz xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

“Eynəyə görə üzr istəyirəm, bu, kiçik bir problemlə bağlıdır. Bir müddət eynək taxmalı olacağam, siz də bununla barışmalı olacaqsınız”, – deyə E.Makron bildirib.

Görüşdə Fransa prezidenti Yeni Kaledoniyanın institusional strukturunun gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Fransa rəhbəri vurğulayıb ki, “Dövlət Yeni Kaledoniya institutlarının sabitləşdirilməsi istiqamətində hörmət hissini gözləməklə, güc tətbiq etmədən” irəliləməyə davam etmək istəyir.

Yanvarın 15-də Fransa prezidenti İstr aviabazasında hərbçilərin qarşısına gözü qızarmış halda çıxıb. Yerli KİV-in məlumatına görə, Makronun görünüşü fransızların özünü də narahat edib. Prezident bu vəziyyətini zarafatla ötüşdürməyə çalışıb.

Sosial media istifadəçiləri E.Makronun gözünü həyat yoldaşı Bricit Makronun göyərdə biləcəyini ehtimal ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv