“PAŞA Holding”in yeni törəmə şirkəti: “PAŞA Maliyyə Holding” təsis edilib

“PAŞA Holding”in yeni törəmə şirkəti: “PAŞA Maliyyə Holding” təsis edilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Gürcüstan, #PashaPay, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

30 dekabr 2025-ci il tarixindən etibarən “PAŞA Holding”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holding” fəaliyyətə başlayıb.

“PAŞA Maliyyə Holding”in əsas məqsədi “PAŞA Holding”ə daxil olan maliyyə şirkətlərini, eləcə də bankçılıq, sığorta, fintex, e-ticarət sahələrindəki investisiya portfelini mərkəzləşdirilmiş şəkildə idarə etməkdir. Belə ki, hazırda “PAŞA Maliyyə Holding”in birbaşa tabeliyində “PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Gürcüstan”, “PAŞA Bank Türkiyə”, “Bir” ekosistemi (Kapital Bank, Competo və PashaPay), “PAŞA Sığorta”, “PAŞA Həyat” və “PAŞA Technology” şirkətləri fəaliyyət göstərir.

“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov yeni strukturlaşma ilə bağlı bildirib: “PAŞA Maliyyə Holding-in yaradılması maliyyə və əlaqəli aktivlərimizin daha çevik, fokuslanmış və uzunmüddətli dəyər yaradan şəkildə idarə olunmasına imkan verəcək. Bu addım Holdinqin strateji inkişaf mərhələsində mühüm dönüş nöqtəsidir.”

Qeyd edək ki, “PAŞA Maliyyə Holding”in baş icraçı direktoru vəzifəsinə bundan əvvəl “PAŞA Holding”in baş icraçı direktorunun müavini və “Bir” ekosisteminin baş icraçı direktoru kimi fəaliyyət göstərmiş Fərid Məmmədov təyin edilib.

“PAŞA Maliyyə Holding”in əsas prioriteti maliyyə və texnologiyayönümlü bizneslərin sinerjisini gücləndirmək, innovativ həllər vasitəsilə müştəri dəyərini və əməliyyat səmərəliliyini artırmaqdır”, – deyə Fərid Məmmədov bildirib. Yeni vəzifəsi ilə yanaşı, cənab Məmmədov, eyni zamanda “Bir” ekosisteminin Müşahidə Şurasının sədri kimi də fəaliyyətini davam etdirəcək.

Onu da qeyd edək ki, yeni struktura əsasən “PAŞA Holding”in idarəçiliyi altında beş alt vertikal olacaq ki, bura maliyyə sektorunu (bankçılıq, sığorta, fintex, e-ticarət və s.) əhatə edən “PAŞA Maliyyə Holding”i, daşınmaz əmlak, hotel biznesi, eləcə də pərakəndə ticarət mərkəzlərinin idarə olunması sektorlarını əhatə edən “PAŞA Real Estate Qrup”u, kənd təsərrüfatı sektorunu əhatə edən “AgroDairy”, supermarketlər şəbəkəsi “Bravo” və pərakəndə xidmətlər, restoran biznesi, turizm və əyləncə sahəsini əhatə edən “Ventures Qrup” daxildir.

Xatırladaq ki, “PAŞA Holding” ölkənin ən böyük özəl şirkətlərindən biridir. 2006-cı ildə təsis olunan holdinq maliyyə, daşınmaz əmlak, kənd təsərrüfatı, supermarket şəbəkələrinin idarə olunması, eləcə də pərakəndə xidmətlər və əyləncə sahələrində fəaliyyət göstərir və fəaliyyət göstərdiyi ölkələrdə vətəndaşların yaşayış standartlarının yüksəldilməsinə töhfə verməyi hədəfləyir.

PAŞA Holdingin yeni törəmə şirkəti: PAŞA Maliyyə Holding təsis edilib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv