Simonyan Türkiyənin Ermənistanın daxili işlərinə müdaxiləsi ilə bağlı ittihamları rədd edir

Simonyan Türkiyənin Ermənistanın daxili işlərinə müdaxiləsi ilə bağlı ittihamları rədd edir






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Donald Tramp, #Ermənistan, #Hakan Fidan, #İlham Əliyev, #Nəqliyyat, #Nikol Paşinyan, #Türkiyə, #Vaşinqton, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyə xarici işlər naziri Hakan Fidanın Ermənistandakı daxili siyasi vəziyyət və regional proseslərlə bağlı açıqlamalarına münasibət bildirib.

presstvaz xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.

H.Fidanın açıqlamalarına münasibət bildirən A.Simonyan Türkiyənin Ermənistanın daxili işlərinə müdaxiləsi və ya müəyyən siyasi qüvvələri dəstəkləməsi ilə bağlı iddiaları rədd edib. Onun sözlərinə görə, söhbət ictimaiyyətin sülh tələbinə dəstəkdən və regional əməkdaşlığın inkişafından gedir.

“Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsinin sülh və genişləndirilmiş ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən TRIPP layihəsi çərçivəsində səylərini dəstəkləyən Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara minnətdarlığımı bildirirəm”, – deyə spiker bildirib.

Xatırladaq ki, H.Fidan 2026-cı ilin iyun ayında Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkisinin regional əlaqələrin və Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırılması üçün vacib olacağını bildirib. O, həmçinin qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda ictimai rəy sorğularında liderlik edir.

“Görürük ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda ictimai rəy sorğularında liderlik edir. Biz onun bu prosesdə oynadığı konstruktiv rolu dəstəkləyirik. Bu istiqamət davam etdirilməlidir”, – deyə Türkiyənin Xarici İşlər Naziri bildirib.

Qeyd edək ki, H.Fidan həmçinin Zəngəzur dəhlizinin Ermənistan-Türkiyə münasibətləri çərçivəsindəki əhəmiyyətindən danışıb. Bundan əlavə, o, layihənin “Azərbaycanın istədiyi kimi” həyata keçirilməli olduğuna inanır.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar.

Bu layihə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) adlanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv