Füzulidə qadınlar və yenidoğulmuşlar üçün səyyar tibbi aksiya keçirilib

Füzulidə qadınlar və yenidoğulmuşlar üçün səyyar tibbi aksiya keçirilib






presstv

"Presstv"az #Audi, #Böyük Qayıdış, #Füzuli, #Həkim, #Sağlam həyat tərzi, #Sağlamlıq, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səhiyyə Nazirliyi tərəfindən Böyük Qayıdış Proqramı çərçivəsində yanvarın 16-da Füzuli rayonunda səyyar tibbi aksiya təşkil olunub.

presstvaz xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) mama-ginekoloq, neonatoloq və orta tibb işçilərindən ibarət heyəti tərəfindən qadınlar üçün kompleks tibbi müayinələr aparılıb, eyni zamanda maarifləndirici tədbirlər həyata keçirilib.

Böyük Qayıdış Proqramı çərçivəsində keçirilən səyyar tibbi aksiyanın əsas məqsədi əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, ana və uşaq sağlamlığının qorunması, yenidoğulmuşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, yeniyetmələr arasında reproduktiv sağlamlığın təmin edilməsi, bu istiqamətdə profilaktik tədbirlərin gücləndirilməsi və əhalinin tibbi bilgilərinin artırılmasıdır.

Aksiya çərçivəsində İnstitutun həkimləri tərəfindən tibbi müayinələrlə yanaşı, yenidoğulmuşlara tibbi baxış keçirilib, analar və yeniyetmələr üçün fərdi konsultasiyalar təqdim olunub. Neonatoloqlar tərəfindən yenidoğulmuşların sağlamlıq göstəriciləri qiymətləndirilib, analar üçün neonatal skrininqin əhəmiyyəti, yenidoğulmuşlara düzgün qulluq, qidalanma və ilkin baxım mövzularında maarifləndirici təlimlər təşkil edilib.

Tədbirdə 140-a yaxın yeniyetmə yaş qrupuna aid olan qızlar və onların valideynləri iştirak ediblər.

Səyyar aksiya zamanı mama-ginekoloqlar tərəfindən yeniyetmə qızlar arasında ginekoloji müayinələr aparılıb, həmçinin fərdi konsultasiyalar verilib. Konsultasiyalar zamanı reproduktiv sağlamlıq, yeniyetməlik dövründə baş verən fizioloji dəyişikliklər, ginekoloji problemlərin erkən profilaktikası və sağlam həyat tərzi mövzularında ətraflı izahatlar təqdim olunub.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş digər ərazilərdə də sağlam həyat tərzinin təşviqi və əhalinin tibbi xidmətlərlə əhatə dairəsinin.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv