Bessent İrandan vəsaitlərin çıxarılmasını “siçovulların gəmidən qaçması” ilə müqayisə etdi

Bessent İrandan vəsaitlərin çıxarılmasını “siçovulların gəmidən qaçması” ilə müqayisə etdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #avtobus, #Dollar, #Gəmi, #Hadisə, #Hakim, #İran, #İsrail, #Kriptovalyuta, #Maliyyə Nazirliyi, #Tehran, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ hökuməti dekabrın sonundan bəri davam edən kütləvi etirazlar fonunda İran rəsmilərinin ölkədən kapital çıxarmalarını izləyir.

presstvaz xəbər verir ki, maliyyə naziri Skott Bessent “Newsmax”a verdiyi müsahibədə bu barədə danışıb.

“Sanksiyalara cavabdeh olan Maliyyə Nazirliyi kimi, biz siçovulların gəmini tərk etdiklərini görürük. Görürük ki, İranda rəhbər şəxslər tərəfindən gizli şəkildə ölkədən milyonlarla, on milyonlarla dollar çıxarılır”, – deyə o bildirib.

S.Bessentin sözlərinə görə, pullar dünyanın hər yerindəki banklara və maliyyə qurumlarına axır və Vaşinqton istər bank sistemi, istərsə də rəqəmsal aktivlər vasitəsilə bu vəsaitlərin hərəkət trayektoriyasını izləyir. Nazir bildirib ki, İran liderləri həmin pulları saxlaya bilməyəcəklər.

İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın mənbələrə istinadən bildirib ki, son iki gündə İrandan təxminən 1.5 milyard dollar çıxarılıb. Pullar banklar vasitəsilə deyil, kriptovalyuta ilə köçürülüb və demək olar ki, hamısı Dubaya göndərilib. Kanalın məlumatına görə, bu əməliyyatlarda iştirak edənlər arasında təxminən 328 milyon dollar köçürən Ali Lider Əli Xameneinin oğlu Müctəba Xamenei də var.

“Iran International” bildirir ki, sanksiyalar fonunda İran xaricə vəsait köçürmək üçün kriptovalyutadan fəal şəkildə istifadə edir. ABŞ Maliyyə Nazirliyi xarici şirkətlərdən və neft gəlirləri ilə əlaqəli kriptovalyuta əməliyyatlarından istifadə edən “kölgəli” şəbəkələri təsvir edib.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv