KİV: HƏMAS ABŞ-nin tərk-silah planını qəbul etməyə hazırdır

KİV: HƏMAS ABŞ-nin tərk-silah planını qəbul etməyə hazırdır






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Donald Tramp, #HƏMAS hərəkatı, #İsrail, #Qəzza, #Qəzza zolağı, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“HƏMAS hərəkatının rəhbərliyi gizli şəkildə ABŞ-nin tərk-silah planını qəbul etməyə hazır olduğunu bildirib”.

presstvaz xəbər verir ki, bu barədə Ağ Ev rəsmilərinə istinadən “Axios” nəşri məlumat yayıb.

“Biz demilitarizasiya planı hazırlamışıq və ABŞ Prezidenti Donald Tramp bunun həyata keçirilməsini istəyir. HƏMAS bizə bunun baş verəcəyini açıq şəkildə bildirib. İnanırıq ki, buna nail olunacaq. HƏMAS demilitarizasiya ilə bağlı müsbət siqnallar göndərir. Onların qüvvələri tükənib və çoxlu sayda insan itiriblər”, – deyə nəşri məlumatlandıran Ağ Ev rəsmisi bildirib.

Nəşr qeyd edib ki, Ağ Ev rəsmiləri İsrailin HƏMAS-ın tərk-silah perspektivlərinə şübhə ilə yanaşırlar.

“Lakin Tramp Administrasiyası nikbinliyini qoruyub saxlayır. Vaşinqton yaxın gələcəkdə HƏMAS nümayəndələri ilə tərk-silah addımları üzrə bir sıra danışıqlar aparmağı planlaşdırır”, – deyə xəbərdə bildirilib.

Daha əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Trampın Qəzza zolağında sülh planının ikinci mərhələsinin başlandığını elan edib. Bu plan keçid administrasiyasının yaradılmasını və anklavın demilitarizasiyası və bərpası prosesinin başlanmasını nəzərdə tutur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv