Tayvanın qəzaya uğrayan qırıcı təyyarəsinin “qara qutu”sunun yeri müəyyənləşdi

Tayvanın qəzaya uğrayan qırıcı təyyarəsinin “qara qutu”sunun yeri müəyyənləşdi






presstv

"Presstv"az #Audi, #Gəmi, #Hərbi Hava Qüvvələri, #Jurnalistlər, #Qırıcı təyyarə, #Tayvan, #təyyarə, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tayvan Hərbi Hava Qüvvələrinin yanvarın 6-da adanın şərq sahillərində radarlardan itən “F-16V” qırıcı təyyarəsinin “qara qutu”sunun yeri müəyyənləşib.

presstvaz “Taiwan News” nəşrinə istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin rəsmisi jurnalistlərə məlumat verib.

“Qara qutu”nun yeri dəqiq müəyyən edilib. Lakin təyyarənin uçuş məlumatlarının qeyd olunduğu cihaz yerli xilasetmə gəmiləri üçün əlçatmaz olan dərinlikdə yerləşir. Ordumuz Sinqapur və Yaponiya şirkətləri ilə əlaqə saxlayaraq, “qara qutu”nun tapılmasında onlardan köməklik alır”, – deyə ordu rəsmisi bildirib.

Təyyarənin itkin düşən pilotunun taleyi isə hələ də məlum deyil.

Xatırladaq ki, “F-16V” qırıcı təyyarəsi yanvarın 6-da axşam saatlarında Hualan bölgəsi sahillərində dəniz üzərində uçarkən radarlardan itib. Təyyarə gecə təlim uçuşu həyata keçirən bir qrup qırıcıdan ayrılıb.

Qəzaya uğrayan təyyarənin pilotu qırıcı radarlardan yoxa çıxmazdan əvvəl katapult etmək niyyətini bildirib, lakin onun sonrakı taleyi məlum deyil. İtkin düşən pilotun axtarışları uğursuz olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv