Paşinyan: “Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır”

Paşinyan: “Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #Münaqişə, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Trampın “Beynəlxalq sülh və rifah marşrutu” (TRIPP) ilə bağlı birgə bəyanat Ermənistanda və regionda sülhün bərqərar olması üçün konkret addımlara keçid deməkdir.

presstvaz-ın xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, sülh artıq reallığa çevrilir və cəmiyyət yeni şəraitdə yaşamağı öyrənməlidir.

Paşinyan bildirib ki, Ermənistan TRIPP şirkəti yaratmağı, marşrutları, torpaqdan istifadə və tikinti məsələlərini müəyyənləşdirməyi planlaşdırır, hazırlıq işlərinə isə artıq indi başlamaq lazımdır.

O, həmçinin ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsiplərinə əsaslanaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazır olduqlarını da təsdiqləyib.

Nikol Paşinyanın sözlərinə görə, münaqişə məntiqindən imtina tədricən olacaq, lakin sülhün praktik faydaları mübahisələrdən və şübhələrdən daha çox fayda verə bilər.

O vurğulayıb ki, region yeni bir mərhələyə qədəm qoyur və bu mərhələni inkişaf və rifah üçün tarixi fürsət kimi dəyərləndirmək lazımdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv