İran və Ermənistan arasında diplomatik gərginlik yaranıb

İran və Ermənistan arasında diplomatik gərginlik yaranıb






presstv

"Presstv"az #Audi, #Daxili İşlər Nazirliyi (DİN), #Ermənistan, #İran, #İrəvan, #Mətbuat konfransı, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan Daxili İşlər Nazirliyi (DİN) ölkə qanunları və beynəlxalq öhdəliklər çərçivəsində vətəndaşların hərəkət azadlığı və dinc aksiyalar keçirmək hüququnun reallaşdırılmasına mane olmur.

presstvaz “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə nazirliyin İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin İrəvandakı mətbuat konfransında verdiyi bəyanatdan sonra yaydığı açıqlamada deyilir.

Qeyd edək ki, Şirqolami İran səfirliyinin binası qarşısındakı vəziyyətdən və Tehranda baş verənlərlə bağlı mənfi fikrin formalaşmasından narahatlığını ifadə edib. Səfirin sözlərinə görə, diplomatik missiyanın səlahiyyətli orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq, artıq altı gündür səfirliyin binası qarşısında saat 18:00-dan 21:00-dək təhqiramiz və nalayiq bəyanatların səsləndiyi aksiyalar keçirilir.

Ermənistan DİN bildirib ki, qanuna uyğun olaraq nazirlik tərəfindən həm aksiya iştirakçılarının, həm də səfirlik binasının təhlükəsizliyi təmin edilib. Üstəlik, aksiya iştirakçılarından biri polis əməkdaşının qanuni tələbinə əməl etmədiyi üçün inzibati qaydada saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv