ABŞ-nin Səhiyyə naziri: "Trampın necə sağ qaldığına təəccüblənirəm"

ABŞ-nin Səhiyyə naziri: "Trampın necə sağ qaldığına təəccüblənirəm"






presstv

"Presstv"az #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident Donald Trampın yaxın müttəfiqi və yeni Səhiyyə naziri Robert Kennedi prezidentin həddindən artıq qeyri-sağlam qidalandığını bildirib. Nazirin sözlərinə görə, Trampın gündəlik rasionu demək olar ki, tamamilə “fast-food” və zərərli içkilərdən ibarətdir.

presstvaz xəbər verir ki, verilişlərin birində “Tanıdığınız insanlar arasında ən pis qidalanan kimdir?” sualına Kennedi tərəddüd etmədən “Prezident” cavabını verib.

Nazir qeyd edib ki, Tramp gün ərzində dayanmadan hamburqer, qızardılmış toyuq və şəkərli qidalar yeyir, həmçinin çox miqdarda “diyet kola” içir.

Kennedi Trampın səyahətləri zamanı vəziyyətin daha da pisləşdiyini deyib: “Onunla səyahətə çıxsanız, bütün günü özünü zəhərlədiyini düşünərsiniz. Necə hələ də belə ayaqda qaldığını başa düşmürəm.”

Bütün bu zərərli vərdişlərə baxmayaraq, Kennedi Trampın fiziki cəhətdən inanılmaz dərəcədə güclü və dözümlü bir bədən quruluşuna sahib olduğunu da xüsusi vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv