Türkiyəli nazir: “Zəngəzur dəhlizi 2030-cu ilə qədər istifadəyə veriləcək”

Türkiyəli nazir: “Zəngəzur dəhlizi 2030-cu ilə qədər istifadəyə veriləcək”






presstv

"Presstv"az #Abdulkadir Uraloğlu, #ABŞ, #Audi, #Azərbaycan, #Bakı, #Donald Tramp, #Ermənistan, #Hakim, #İlham Əliyev, #İrəvan, #Nəqliyyat, #Nikol Paşinyan, #Türkiyə, #Vaşinqton, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Zəngəzur dəhlizi 2030-cu ilə qədər istifadəyə veriləcək”.

presstvaz xəbər verir ki, bu barədə yerli mətbuata Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Zəngəzur dəhlizi üçün 224 kilometrlik Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu xəttinin əhəmiyyətini vurğulayan nazir layihənin təməlinin ötən il qoyulduğunu və hazırda işlərin davam etdiyini xatırladıb.

Zəngəzur dəhlizi ilə bağlı Uraloğlu qeyd edib:

“Azərbaycan tərəfi də işlərini davam etdirir. Çox güman ki, bu il Naxçıvanda işlər başlayacaq. Bir il ərzində bu məsələdə irəliləyiş gözləyirik. 2030-cu ilə qədər Zəngəzur dəhlizini işə salacağıq”.

Türkiyə hakimiyyətinin əvvəllər bildirdiyi kimi, Türkiyənin şərqindəki Qars şəhərindən Naxçıvana dəmir yolu xəttinin istifadəyə verilməsi ildə təxminən beş milyon insanın və 15 milyon ton yükün daşınmasına imkan verəcək. Layihənin 2.4 milyard avroya başa gələcəyi təxmin edilir.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv