Azərbaycanda hava şəraiti kəskin dəyişəcək – FHN-dən müraciət

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək – FHN-dən müraciət






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Fövqəladə Hallar Nazirliyi (FHN), #Güclü külək, #Milli Hidrometeorologiya Xidməti, #Qar uçqunu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan ərazisində yaxın günlərdə gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

presstvaz xəbər verir ki, FHN-in yaydığı məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, ölkə ərazisində qarşıdakı günlərdə meteoroloji şəraitin kəskin pisləşəcəyi gözlənilir. Xüsusilə dağlıq və dağətəyi bölgələrdə intensiv qar yağıntıları, havanın temperaturunun əhəmiyyətli dərəcədə aşağı düşəcəyi və bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

FHN vətəndaşlara müraciət edərək, yarana biləcək təhlükələrdən qorunmaq üçün aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir:

“Soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir”.

Qeyd edək ki, FHN-nin “112” qaynar xətti 24 saat ərzində vətəndaşların müraciətlərini qəbul edir və fövqəladə hallarda dərhal yardım göstərir. Hava şəraiti ilə bağlı yaranmış təhlükəli vəziyyətlərdə vətəndaşlara bu nömrəyə zəng etmək tövsiyə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv