ABŞ-də gizlənən bloqer Vaqif Allahverdiyevin məhkəməsi başladı

ABŞ-də gizlənən bloqer Vaqif Allahverdiyevin məhkəməsi başladı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #Kaliforniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən və hazırda ABŞ-də yaşayan bloqer Vaqif Allahverdiyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Məhkəmə prosesində müdafiə tərəfi bir sıra vəsatətlərinin olduğunu vurğulayıb və ətraflı çıxış üçün əlavə vaxt istəyib. Məhkəmə heyəti müdafiə tərəfinin xahişini nəzərə alaraq, növbəti iclasın keçirilməsini yanvarın 19-na təyin edib.

Qeyd edək ki, Vaqif Allahverdiyev barəsində əvvəlcə Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar) ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bloqer istintaqdan yayınaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində axtarış elan olunub.

Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 fevral tarixli qərarı ilə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Həmin il sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək, V.Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilib.

O, ABŞ-nin Kaliforniya ştatında yaşadığı müddətdə şəxsiyyətini gizlədərək, adını və soyadını dəyişərək özünü Viktor Aleksandr kimi təqdim edib.

Allahverdiyev 2017-ci ilin mart-may ayları ərzində Azərbaycan vətəndaşlarına ünvanlanan 5 ayrı video müraciət hazırlayıb. Prokurorluğun ittiham aktında qeyd olunur ki, həmin videolarda Allahverdiyev ictimai əmin-amanlığın pozulmasına səbəb olan, hakimiyyət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmağa və Azərbaycanda qanuni əsaslarla fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zorakı yollarla çıxmağı təşviq edən açıq çağırışlar səsləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv