Türkiyədə məşhurların toplaşdığı iddia edilən “gizli otaq” qalmaqalı: Lüks hotel sökülür

Türkiyədə məşhurların toplaşdığı iddia edilən “gizli otaq” qalmaqalı: Lüks hotel sökülür






presstv

"Presstv"az #Audi, #Bələdiyyə, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə məşhurları hədəf alan narkotik və fahişəlik istintaqı çərçivəsində toplaşma yeri olduğu iddia edilən və barəsində sökülmə qərarı verilən İstanbuldakı “Bebek Hotel”in sökülməsinə başlanılıb.

Bu barədə presstvaz Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, İstanbul Böyükşəhər Bələdiyyəsi və polis qrupları qanunsuz tikililərin (hissələrin) sökülməsi işlərinə başlamaq üçün “Bebek Hotel”ə gedib.

Həmçinin narkotik istifadəsi və fahişəlik iddialarının yer aldığı istintaq dosyesi çərçivəsində hotelin sahibi və menecerinin daha əvvəl həbs olunduğu da bildirilib. Prokurorluğun qiymətləndirməsində bəzi məşhurların hoteldə toplaşdığını və narkotik istifadə etdiyini göstərən əlamətlərin olduğu qeyd edilib.

Xatırladaq ki, prodüser Muzaffer Yıldırıma məxsus “Bebek Hotel”ə edilən basqın zamanı hotelin kazinoya çevrildiyi iddia edilib. İddialara görə, Yıldırımın iqamətgahında aparılan axtarış zamanı kazino işçisi, assistent və təmizlik işçisi dəlilləri məhv etməyə çalışarkən saxlanılıblar.

Qeyd olunub ki, prokurorluq hotelin sahibi Muzaffer Yıldırımın bu məkandan narkotik məclisləri üçün istifadə etdiyini iddia edir. Axtarışda iştirak edən 200 jandarm hoteldə “gizli otaq” aşkar edib. Bu otağın səsyazmaların aparıldığı bir yer olduğu ilə bağlı da fikirlər irəli sürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv