KİV: Tramp hökumətin iclasında İrana qarşı mümkün əməliyyatları müzakirə edəcək

KİV: Tramp hökumətin iclasında İrana qarşı mümkün əməliyyatları müzakirə edəcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #İran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp yanvarın 13-də hökumətin iclasını keçirəcək.

presstvaz xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

İclasda İrana qarşı mümkün tədbirlər, o cümlədən hərbi zərbələr, kiberhücumlar və yeni sanksiyalar müzakirə ediləcək. Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn görüşə dəvət olunublar. Toplantıda onların D.Trampa İrandakı iğtişaşlara cavab vermək üçün variantları, o cümlədən ölkədəki hədəflərə zərbə endirmək ehtimalını təqdim edəcəkləri gözlənilir. Xatırladaq ki, Pentaqon potensial zərbələrə hazırlıq məqsədilə hələlik İran sərhədlərinə əlavə qüvvələr yerləşdirməyib.

Mənbələrə görə, ABŞ, həmçinin İslam Respublikasındakı mülki və hərbi hədəflərə kiberhücumlar, İrana qarşı əlavə sanksiyalar tətbiq etmək və ölkədə internetin bağlanması səbəbindən etirazçılar arasında rabitəni qorumaq üçün “Starlink” terminallarının yerləşdirilməsini nəzərdən keçirir.

Qəzetin qeyd etdiyi kimi, qarşıdan gələn görüş ABŞ administrasiyası rəsmilərinin İranla bağlı mümkün tədbirləri müzakirə etmək üçün ilk rəsmi görüşü olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv