100 yaşına kimlər daha tez çatır: ət yeyənlər, yoxsa vegeterianlar?

100 yaşına kimlər daha tez çatır: ət yeyənlər, yoxsa vegeterianlar?






presstv

"Presstv"az #Araşdırma, #Çin, #Qocalma, #Sağlam qocalma, #Sağlamlıq, #Siqaret, #Uzunömürlülük, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aparılan elmi araşdırmalar göstərir ki, yaşlılıq dövründə ət istehlakını davam etdirən insanların 100 yaşına qədər yaşamaq şansı, vegeterian və veqanlarla müqayisədə daha yüksək ola bilər.

Qaynarinfo-nun məlumatına görə, bu barədə "Daily Mail" nəşri yazıb. Məlumat "American Journal of Clinical Nutrition" jurnalında dərc edilən genişmiqyaslı Çin araşdırmasına əsaslanır.

Tədqiqat nəticələrinə görə, heyvan mənşəli məhsulları rasionundan tam çıxarmayan şəxslər yalnız bitki əsaslı qidalananlara nisbətən daha çox yüz yaşına çatıb. Fiziki aktivlik, siqaret çəkmə kimi faktorlar nəzərə alındıqdan sonra belə, vegeterianların uzunömürlü olma ehtimalının qarışıq qidalananlarla müqayisədə 19 faiz aşağı olduğu müəyyən edilib.

Veqanlarda risk daha yüksəkdir

Araşdırmada ən zəif göstəricilər veqanlarda qeydə alınıb. Bu qrupda 100 yaşına çatmaq ehtimalı 29 faiz daha az olub. Süd və yumurta məhsullarını qəbul edən vegeterianlarda risk bir qədər aşağı olsa da, onların da uzunömürlülük ehtimalı ət yeyənlərlə müqayisədə 14 faiz geri qalır. Hətta balıq daxil olan pesketarian pəhrizlərin belə yüz yaşına çatmaq şansını azaltdığı müşahidə edilib.

Alimlər bu fərqləri yaşlı insanların artan zülal, vitamin və mineral ehtiyaclarının yalnız bitki mənşəli qidalarla tam ödənilməsinin çətinliyi ilə izah edirlər.

Araşdırmanın aparıcı müəllifi, Fudan Universitetinin tədqiqatçısı doktor Syan Gao bildirib ki, xüsusilə 80 yaşdan yuxarı və bədən çəkisi normadan aşağı olan şəxslər üçün həm bitki, həm də heyvan mənşəli qidaları əhatə edən balanslı rasion sərt vegeterian pəhrizlə müqayisədə daha faydalı ola bilər.

Araşdırma necə aparılıb?

Tədqiqat çərçivəsində 1998-ci ildən etibarən yaşı 80-dən yuxarı olan 5 203 nəfərin məlumatları analiz edilib. Bu şəxslərdən 1 495-i 100 yaşına çatıb, 3 744 nəfər isə həmin yaşdan əvvəl vəfat edib.

Statistik modellər vasitəsilə qida rasionunun uzunömürlülüyə təsiri qiymətləndirilib. Nəticələr göstərib ki, tədqiqat dövründə müntəzəm şəkildə ət istehlak edən şəxslər arasında yüz yaşına çatanların sayı daha çox olub.

Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, bu nəticələr ömrü uzatmaq üçün yalnız ət əsaslı qidalanmaya keçməyin vacibliyini göstərmir. Əksinə, uzunömürlülüyə ən güclü müsbət təsirin gündəlik tərəvəz istehlakı ilə əlaqəli olduğu qeyd edilir. Araşdırmaya görə, hər gün tərəvəz yeyənlərin 100 yaşına çatmaq ehtimalı bunu etməyənlərdən 84 faizdən çoxdur.

Pəhrizin təsiri hər kəsdə eyni deyil

Araşdırma onu da ortaya qoyub ki, qidalanmanın ömür uzunluğuna təsiri fərdi xüsusiyyətlərdən asılıdır. Normal bədən kütlə indeksinə malik vegeterianların yüz yaşına çatmaq ehtimalı ət yeyənlərdən geri qalmayıb. Artıq çəkisi olan insanlarda isə pəhrizin sağqalma ehtimalına ciddi təsiri müşahidə edilməyib.

Əksinə, çəkisi normadan aşağı olan yaşlı insanlar üçün gündəlik ət istehlakı uzunömürlülük ehtimalını 44 faiz artırıb.

Uzun ömrün əsası – balanslı qidalanma

Doktor Gao qeyd edib ki, heyvan və bitki mənşəli qidaların balanslı şəkildə qəbul edilməsi, xüsusilə çox yaşlı və zəif bədən quruluşuna malik insanlar üçün daha sağlam qocalmanı dəstəkləyə bilər.

Məqalədə vurğulanır ki, ət istehlakının azaldılması bəzi sağlamlıq üstünlükləri yaratsa da, yaşlı insanlarda bu, qida maddələri çatışmazlığı riskini də artıra bilər. Alimlərin fikrincə, vegeterianlıq ürək-damar sağlamlığı ilə əlaqələndirilsə də, 80 yaşdan yuxarı əhali arasında aşağı bədən kütlə indeksinin geniş yayılması ətdən tam imtinanı potensial riskə çevirir.

Nəticə olaraq, tədqiqatçılar sağlam qocalma üçün balanslı qidalanmanın əsas rol oynadığını və yaşlılar üçün xüsusi qida tövsiyələrinin hazırlanması məqsədilə əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv