Nikolas Keycin film çəkilişləri nasist simvollarına görə ləğv edildi

Nikolas Keycin film çəkilişləri nasist simvollarına görə ləğv edildi






presstv

"Presstv"az #Aktyor, #Audi, #Jurnalistlər, #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hollivud aktyoru Nikolas Keycin döyüş filmindən bir səhnəsinin London meriyasının tarixi binasında çəkilməsi planlaşdırılsa da, nasist simvolları ilə bağlı narahatlıq səbəbindən çəkiliş ləğv edilib.

presstvaz xəbər verir ki, məlumatı BBC yayıb.

Qeyd olunub ki, “Dözüm” əməliyyatı” filmi üçün bina svastika bayraqları ilə bəzədilməli idi. Film 1944-cü ildə müttəfiq qüvvələrin faşizmə qarşı eyniadlı əməliyyatından bəhs edir.

Meriya sözçüsü jurnalistlərə bildirib ki, çəkiliş heyəti yerli sakinlərə məktublar göndərərək filmdə nasist simvollarının aydın görünəcəyini bildirib.

Şura sözçüsü bildirib ki, razılaşma şərtlərinə uyğun olmayan bu əhəmiyyətli dəyişiklikləri və ifrat sağçı simvolizmlə bağlı yüksək həssaslığı nəzərə alaraq, icazə verilməyib.

Bununla əlaqədar olaraq, filmi ərsəyə gətirmək üçün çəkiliş heyəti Qrinviçə üz tutmağı qərara alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv