Balıq insulta səbəb ola bilər?

Balıq insulta səbəb ola bilər?






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Balıq ürək və ümumi sağlamlıq üçün faydalı hesab edilsə də, mütəxəssislər qızardılmış balığın insult riskini artıra biləcəyini bildirirlər.

presstvaz xəbər verir ki, Alabama Universitetindən Corc Hovardın rəhbərlik etdiyi amerikalı alimlər bu mövzuda araşdırma aparıblar. Tədqiqat nəticələrinə görə, xüsusilə Alabamada geniş yayılmış yerli qızardılmış balıq növləri ştat əhalisi arasında insult hallarının daha çox qeydə alınmasına səbəb ola bilər.

Alimlər bildiriblər ki, Alabama və bir neçə qonşu ştat "insult kəməri" kimi tanınır. Bu bölgələrdə insultun yayılma tezliyi ABŞ-ın digər ştatları ilə müqayisədə təxminən 30 faiz daha yüksəkdir. Bunun əsas səbəblərindən biri yerli əhalinin həftədə iki dəfə qızardılmış balıq istehlak etməsi ola bilər.

Amerika Ürək Assosiasiyası həftədə ən azı iki dəfə qızardılmamış balıq yeməyi tövsiyə etsə də, Alabama, Arkanzas, Corciya, Luiziana, Missisipi, Şimali və Cənubi Karolina, eləcə də Tennessi ştatlarında yaşayanların bu tövsiyəyə əməl etmə ehtimalının 17 faiz daha az olduğu vurğulanıb.

Tədqiqatda 45 yaşdan yuxarı 21 675 nəfər iştirak edib. Statistikaya əsasən, Alabamada insult göstəricisi hər 100 min nəfərə 125, ölkə üzrə orta göstərici isə 98 nəfərdir. Alimlər qızardılmış balıqla insult arasındakı əlaqənin tam təsdiqi üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv