Evlərimizdəki səssiz təhlükə: Ekspertdən ciddi xəbərdarlıq

Evlərimizdəki səssiz təhlükə: Ekspertdən ciddi xəbərdarlıq






presstv

"Presstv"az #Audi, #İran, #Kommunal xidmət, #Lənkəran, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Havalar soyudu, dəm qazı can aldı” sərlövhəli xəbərlərə artıq demək olar ki, hər gün rast gəlinir. Sumqayıt şəhərində 23 yaşlı gənc dəm qazının qurbanı olub, Lənkəranda isə iki bacı dəm qazından zəhərlənib. 2026-cı ilin yeni başlamasına baxmayaraq, bu cür faciələrin siyahısı artıq kifayət qədər uzundur.

Bəs dəm qazı niyə bu qədər can alır? Əsas səbəblər hansılardır? Doğru bildiyimiz, lakin əslində təhlükə yaradan yanlışlar nələrdir?

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov məsələ ilə bağlı mühüm xəbərdarlıqlar edib:

“İran peçləri və digər qızdırıcıların tüstü bacalarını pəncərədən birbaşa çölə çıxarmaq tamamilə yanlışdır. Bacalar dam səviyyəsindən ən azı yarım metr hündürdə olmalıdır. Bacaların üzərində mütləq qoruyucu “papaq” quraşdırılmalıdır ki, atmosfer çöküntüləri, quşlar və ya digər yad cisimlər ora düşməsin.

Bundan əlavə, hamam otaqlarının qapısının aşağı hissəsində kifayət qədər iri havalandırma deşikləri olmalıdır. Çünki qapı tam bağlı olduqda otaqdakı oksigen yanaraq tükənir və bundan sonra dəm qazının əmələ gəlməsi başlayır”.

Mütəxəssislər vurğulayırlar ki, dəm qazından boğulma hallarının geniş yayılmasının digər əsas səbəblərindən biri də tüstü bacalarının vaxtında təmizlənməməsi və istilik sistemlərinə mütəmadi texniki baxışın keçirilməməsidir. Bu kimi laqeydliklər ağır nəticələrə və insan itkisinə səbəb ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv