İstirahət parkı baxımsız vəziyyətdə: “Zibilin iyindən evdə yata bilmirik”

İstirahət parkı baxımsız vəziyyətdə: “Zibilin iyindən evdə yata bilmirik”






presstv

"Presstv"az #Audi, #Bakı, #Hakim, #Sabunçu rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə sakinlər bildiriblər ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Yay parkı” uzun müddətdir ki, baxımsız vəziyyətdədir.

Nəzarətsizlik səbəbindən ərazidə evsiz şəxslər gecələyir, park isə məişət tullantıları ilə doludur. Nəticədə, kəskin qoxu ətrafa yayılır və bu vəziyyət sakinlər üçün həm antisanitar, həm də təhlükə yaradır.

“Parkı təmizləmək lazımdır, amma təmizləyən yoxdur. Evsizlərin bütün zir-zibili buradadır. Natəmizlikdir, parka istirahət etməyə çıxmaq istəyirik, amma mümkün deyil”, – sakinlərdən biri bildirib.

Digər sakin isə qeyd edib:

“Burada itin, evsizlərin, oğruların, narkomanların əlindən yaşamaq mümkün deyil. Zibilin iyindən evdə yata bilmirik. Buranı park vəziyyətinə salsınlar ki, camaat zibilxanadan qurtulsun”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi xüsusi mülkiyyətdə olmasına baxmayaraq, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən mütəmadi olaraq tullantılardan təmizlənir.

Qurumdan həmçinin qeyd olunub ki, son müraciətlə əlaqədar hazırda ərazidə təmizlik işləri aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv