bp dünyada ilk dəfə “Xankəndi” gəmisi ilə Xəzərdə sualtı quyulara xidmət göstərəcək

bp dünyada ilk dəfə “Xankəndi” gəmisi ilə Xəzərdə sualtı quyulara xidmət göstərəcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Gəmi, #Günəş, #Gürcüstan, #Türkiyə, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“BP-Azerbaijan” şirkəti gələn həftə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun “Dərinsulu Günəşli” sahəsində bir sıra quyularda sualtı əməliyyatlara başlayacaq.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda quyular üzrə vitse-prezidenti Rassel Morris sosial şəbəkədə yazıb.

O qeyd edib ki, “Xankəndi” sualtı tikinti gəmisi tam yenidən təchiz edilib və artıq gələn həftə bir sıra sualtı müdaxilə işləri aparmaq üçün “Dərinsulu Günəşli” sahəsinə gedəcək.

“Bu əməliyyat “Oceaneering International” şirkəti tərəfindən işlənib hazırlanmış gəmi operatoru kimi “Saipem” şirkətinin və intervensiya avadanlığı sahəsində SLB şirkətinin dəstəyi ilə innovativ borusuz müdaxilə texnologiyası BORIS (“Blue Ocean Riserless Intervention System”) sisteminin dünyada ilk dəfə tətbiqi olacaq”, – deyə vitse-prezident vurğulayıb.

Qeyd edək ki, sözügedən texnologiya təzyiqə səmərəli nəzarəti və hasilatın artırılması imkanlarının erkən aşkarlanmasını təmin edəcək ki, bu da yatağın gələcək potensialını üzə çıxarmağa imkan verəcək.

Bundan başqa, regionda ilk dəfə olaraq sualtı işlər yarımdalma tipli qazma qurğusundan deyil, üzərinə BORIS sisteminin inteqrasiya ediləcəyi gəmidən həyata keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv