Sabiq partiya sədrinin məhkəməsində GƏRGİNLİK: 150 min dollarlıq DƏLƏDUZLUQ İDDİASI

Sabiq partiya sədrinin məhkəməsində GƏRGİNLİK: 150 min dollarlıq DƏLƏDUZLUQ İDDİASI






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Dollar, #Hakim, #İstanbul, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri olmuş Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

presstvaz-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Zibeydə Sadıqova vəsatət verərək müvəkkilinin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsini istəyib. O, həmçinin A.Əsədlinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsinə dair vəsatət verib.

Ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib, müttəhimin vəkillərinin yanında əyləşməsinə isə razılıq verilib.

Daha sonra Anar Əsədli ona verilən sualları cavablandırarkən bildirib ki, onun hazırda heç bir zərərçəkənə borcu yoxdur:

“Etibar Nəsirova olan 3000 manat borcu qaytarmağı təklif etsəm də o, həmin məbləği qəbul etməyib”.

Anar Əsədli onunla bağlı vəsatətlərin qəbul olunmadığını əsas gətirərək digər sualları cavablandırmaqdan imtina edib.

Zərərçəkən Oqtay Qasımov isə ifadəsi zamanı bildirib ki, Anar Əsədlini əvvəllər tanıyıb:

“Qazanc əldə ediləcəyi vədinə inanaraq, ona müxtəlif vaxtlarda hərəsində 50 min olmaqla 3 dəfəyə ümumilikdə 150 min dollar vermişəm. Əsədli ilə 1997-ci ildən tanışıq. O zaman hələ jurnalist kimi çalışırdı. Bizim yaxın münasibətimiz olub. Düzdür ki, birlikdə çörək kəsmişik. 2014-cü ildə İstanbulda ev alqı-satqısına yatırım edib pul qazanacağı vədi ilə məndən 50 min dollar pul alıb. Daha sonra tenderdə xəstəxana layihəsinə pul qoyub qazanacağını bildirərək, yenə məndən pul alıb. Oradan səs çıxmayanda pulu geri çəkərək Azərbaycanda lombard işinə və neft şirkətinə yatırım edib pul qazanacağımıza dair vədlər verib. Demişdi ki, yatırımdan 1 milyon dollar pul qazanacaq və mən də qazanacağam. Övladım Türkiyəyə ali təhsil almağa gedərkən ondan ehtiyacım olduğuna görə pulumu qaytarmasını xahiş etdim. O zamanlar eşitdim ki, kimdənsə 5000 manat da borc alıb”.

Zərərçəkənin bu ifadəsindən sonra tərəflər arasında gərginlik yaranıb və onlar bir-birini təhqir ediblər.

Anar Əsədli zərərçəkənin nümayəndəsinə ağır sözlər deyib, bundan sonra hakimin qərarı ilə o, yenidən şüşə qəfəsə salınıb.

Növbəti proses fevralın 6-na təyin edilib.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Məhkəmədə zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsirov və Tamara Allahverdiyeva tanınıb.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv