Suriya Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan edib

Suriya Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan edib






presstv

"Presstv"az #Audi, #Bakı, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suriya Müdafiə Nazirliyi yanvarın 9-na keçən gecə hökumət qüvvələri ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında toqquşmaların baş verdiyi Hələbdə atəşkəs elan edib.

presstvaz xəbər verir ki, bu barədə Suriya ordusundan məlumat verilib.

“Yaşayış məntəqələrində yeni eskalasiyanın qarşısını almaq üçün Müdafiə Nazirliyi Hələb şəhərinin Şeyx Maksud, Əşrəfiyyə və Bəni Zeyd rayonları yaxınlığında saat 03:00-dan (Bakı vaxtı ilə 04:00 – red.) etibarən atəşkəs elan edir”, – deyə açıqlamada bildirilib.

Qeyd olunur ki, SDQ-yə təyin olunmuş əraziləri tərk etmək üçün cümə günü səhər saat 9-a qədər vaxt verilib.

Bu həftə Hələbdə Suriya hökumət qüvvələri ilə SDQ arasında yenidən toqquşmalar baş verib.

Daha əvvəl Suriya İnformasiya Nazirliyi Hələbdə məhdud hərbi əməliyyatın başlandığı barədə məlumat yaymışdı.

Bildirilib ki, son aylarda SDQ-nin hücumları nəticəsində 25 hərbçi və 20-dən çox mülki şəxs həlak olub.

SDQ isə öz növbəsində hökumət qüvvələrini Şeyx Maksud və Əşrəfiyyə rayonlarında ağır silahlardan istifadə etməklə hücuma keçməkdə ittiham edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv