“Ekol TV”də qanunsuz maliyyə axını üzrə istintaq genişlənir: Şübhəlilərdən biri Mübariz Mənsimovdur

“Ekol TV”də qanunsuz maliyyə axını üzrə istintaq genişlənir: Şübhəlilərdən biri Mübariz Mənsimovdur






presstv

"Presstv"az #Araşdırma, #Audi, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə Küçükçekmece Baş Prokurorluğu tərəfindən “Ekol TV”nin maliyyə mənbələrinə dair başladılan istintaq çərçivəsində kanalın qanunsuz mərc və çirkli pulların yuyulması fəaliyyəti ilə əlaqəli olduğu iddiaları araşdırılır.

presstvaz Türkiyə mediasına istinadən xəbər verir ki, gizli saxlanılan şahidin ifadələri və daxil olan məlumatlar əsasında aparılan yoxlamalar zamanı “Ekol TV”nin bağlanma qərarından sonra şirkətin ofisinin Kağıthane rayonuna köçürüldüyü müəyyən edilib.

Ünvan dəyişikliyinə görə iş üzrə icraat dayandırılıb və dosye İstanbul Baş Prokurorluğuna göndərilib.

İstintaq materiallarında bir gizli şahid və 12 şübhəlinin yer aldığı bildirilir. Şübhəlilər arasında Veysel Şahin (əsas şübhəli), Mübariz Mənsimov (“Palmali”nin sahibi – red.), “Ekol TV”nin İdarə Heyətinin sədri Emrah Doğru, İdarə Heyətinin üzvü Arif Çətin və vəkil Ersan Şen də var.

Məlumata görə, istintaq “cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” və “maliyyə pozuntuları” maddələri üzrə davam etdirilir. Maliyyə Cinayətlərini Araşdırma Şurasından (MASAK) tələb olunan hesabatın kanalın kapital axını və strukturunu üzə çıxaracağı gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv