Ötən il “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 191 milyon manatdan çox vəsait qaytarılıb

Ötən il “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 191 milyon manatdan çox vəsait qaytarılıb






presstv

"Presstv"az #Alkoqollu içkilər, #Audi, #Avto, #avtomobillər, #Azərbaycan, #ƏDV Geri Al

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara ümumilikdə 191 milyon 98.9 min manat vəsait geri qaytarılıb.

presstvaz Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), həmçinin teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri üzrə ödənilmiş əlavə dəyər vergisi (ƏDV) istehlakçılara geri ödənilib.

Bununla yanaşı, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV də müvəkkil banklar vasitəsilə istehlakçılara qaytarılıb.

Eyni zamanda, 2025-ci ildə xarici vətəndaşlar tərəfindən Azərbaycanda fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən geri qaytarılan ƏDV-nin (“tax free”) məbləği 10 milyon 533.3 min manat təşkil edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv