Ötən il neçə nəfərə reabilitasiya xidmətləri göstərilib? – RƏSMİ AÇIQLAMA

Ötən il neçə nəfərə reabilitasiya xidmətləri göstərilib? – RƏSMİ AÇIQLAMA






presstv

"Presstv"az #Audi, #Müharibə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2025-ci ildə ümumilikdə 141 700 nəfərə reabilitasiya xidmətləri göstərilib ki, bu da 2024-cü il ilə müqayisədə 13 faiz artım deməkdir”.

presstvaz xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev DOST TV-nin efirində çıxışı zamanı deyib.

O bildirib ki, bunlardan 78 mindən çoxu ambulator xidmətlər, 33 mindən çoxu isə stasionar və kompleks reabilitasiya xidmətləri olub.

Həmçinin efirdə qeyd olunub ki, Vətən müharibəsinin 260 iştirakçısı tam reabilitasiya olunub.

Ramin Rzayev vurğulayıb ki, yalnız əlilliyin təyin edilməsi ilə kifayətlənmək olmaz:

“Təyin olunmuş əlilliyin olduğu kimi qalmasının, ən azı ağırlaşmasının qarşısının alınması, yaxud əlilliyə səbəb olan hal nəticəsində vətəndaşın itirilmiş orqanizm funksiyalarının bərpası istiqamətində müvafiq işlər görülməlidir.

Bu fəaliyyətlər agentliyimizin tabeliyində fəaliyyət göstərən 16 reabilitasiya mərkəzi vasitəsilə həyata keçirilir.

Eyni zamanda, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzimiz də mövcuddur. Bu mərkəzlərdə reabilitasiya vasitələrinin istehsalı və həmin vasitələrlə təminat həyata keçirilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv