23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır






presstv

"Presstv"az #Audi, #Avropa, #Avto, #Coca-cola, #Fransa, #Hərrac, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

1956-cı il istehsalı “Mercedes 300 SL” avtomobili Parisdə keçirilən hərraca çıxarılıb

presstvaz Fransanın “Artcurial” hərrac evinin saytına istinadən xəbər verir ki, superkarın vəziyyəti ideal olmasa da, qiymətin 5 milyon avroya qədər yüksəlməsi gözlənilir.

“Mercedes 300 SL Gullwing” superkarı son 23 ildir istifadə olunmayıb. Bu avtomobili altıqat Olimpiya çempionu, atıcılıq üzrə mütəxəssis, həmçinin Avropada “Coca-Cola”nın idxalçısı və Fəxri Legion Ordeninin Kavaleri Klod Füzye sifariş edib. O, avtomobilin ən yüksəksəviyyəli modelini seçib.

Bu avtomobil yüngül alüminium kuzova sahib olan yalnız 29 ədəd istehsal olunan modeldən biridir. O, həmçinin idman asqısı və 235 at qüvvəsinə malik daha güclü mühərriklə təchiz edilib.

Füzye “Mercedes 300 SL”i 1961-ci ildə satıb. Yeni sahibi avtomobili nadir hallarda sürüb və kupe 2003-cü ildən bəri istifadəyə verilməyib. Yürüşü cəmi 34 255 kilometrdir.

Bu nadir “Mercedes 300 SL” superkarı hazırda tozla örtülüb və bərpaya ehtiyac duyur. Lakin hələ də orijinal boya və dəri salonu olduğu kimi qalır və paslanmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv