Qazaxda yanacaqdaşıyan avtomobildə ölümlə nəticələnən yanğınla bağlı rəsmi AÇIQLAMA

Qazaxda yanacaqdaşıyan avtomobildə ölümlə nəticələnən yanğınla bağlı rəsmi AÇIQLAMA






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Avto, #Baş Prokurorluq, #Fövqəladə Hallar Nazirliyi (FHN), #Hadisə, #Həkim, #Qazax, #Təcili Tibbi Yardım, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildə baş verən yanğının bəzi təfərrüatı məlum olub.

presstvaz bildirir ki, bu barədə “SOCAR Petrolium” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Afaq Rza məlumat verib.

O bildirib ki, “SOCAR Petrolium” QSC-yə məxsus 7 saylı neft bazası sahəsində partlayış yanacaqdaşıyan avtomobildə doldurma prosesi zamanı baş verib.

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobilin yanması nəticəsində bir nəfər xəsarət alıb.

presstvaz bildirir ki, bu barədə   Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

“Yanvarın 7-si sat 13:30-da Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan bir nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1994-cü il təvəllüdlü şəxsə hər iki əlinin ikincidərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta-stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”, -məlumatda qeyd olunub.

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildəki yanğında ölən şəxsin kimliyi məlum olub.

presstvaz bildirir ki, bu barədə   Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, ölən şəxs Qazax şəhər sakini 1994-cü il təvəllüdlü Şəmil İbrahimovdur.

O, Qazax Neft Baza Sahəsinin həyətində MAN markalı avtomobildə baş vermiş partlayış nəticəsində dünyasını dəyişib.

Hazırda ölüm faktı üzrə Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, sözügedən şəxs süzücü-doldurucu vəzifəsində işləyib.

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildəki yanğın söndürülüb.

presstvaz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

“Yanacaqdaşıyan avtomobildə baş verən yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaqdaşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib. Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub”, – məlumatda qeyd edilib.

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildə yanğın başlayıb.

presstvaz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv