FT: “Chevron” və “Quantum” “LUKOIL”un beynəlxalq aktivlərini bölüşdürməyi planlaşdırırlar

FT: “Chevron” və “Quantum” “LUKOIL”un beynəlxalq aktivlərini bölüşdürməyi planlaşdırırlar






presstv

"Presstv"az #ABŞ, #Böyük Britaniy, #Böyük Britaniya, #Dollar, #Donald Tramp, #Lukoil, #Maliyyə Nazirliyi, #Münaqişə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “Chevron” şirkəti və “Quantum Energy Partners” investisiya qrupu “LUKOIL”un beynəlxalq aktivlərinin bölünməsi ilə bağlı saziş bağlamağı planlaşdırır.

presstvaz xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, şirkətlərin təklifi “LUKOIL”un bütün xarici aktivlər portfelini əhatə edir, “Quantum” və “Chevron” isə uzunmüddətli dövr üçün 22 milyard dollarlıq aktiv əldə etmək niyyətindədirlər. Bu yanaşmanın ABŞ Prezidenti Donald Tramp Administrasiyası tərəfindən müsbət qarşılandığı qeyd edilib.

“Biz bu aktivlərin mülkiyyət hüququnu daimi şəkildə ABŞ operatoruna ötürəcək bir satış axtarırıq. Biz aktivlərin satın alındıqdan dərhal sonra satılmasını istəmirik, çünki bu, çox cəlbedici variantdır”, – deyə qəzet yerli məmurdan sitat gətirib.

Oktyabr ayında ABŞ və Böyük Britaniya “LUKOIL”u sanksiya siyahısına əlavə edib. Daha sonra “LUKOIL” beynəlxalq aktivlərini satmaq niyyətini açıqlayıb və beynəlxalq neft treyderi “Gunvor”dan Rusiya şirkətinin xarici aktivlərinə sahib olan “LUKOIL International GmbH”nı almaq təklifi gəlib. Lakin daha sonra ABŞ Maliyyə Nazirliyinin Ukraynadakı münaqişə həll olunana qədər “Gunvor”a biznes fəaliyyəti və mənfəət əldə etmək üçün lisenziya verməyəcəyini bildirib və şirkət “LUKOIL”un xarici aktivlərini almaq təklifini geri götürdüyünü açıqlayıb.

Noyabrın 14-də “LUKOIL”un nümayəndələri bəyan ediblər ki, şirkət öz xarici aktivlərinin satışı ilə bağlı bir neçə potensial alıcı ilə danışıqlar aparır və yekun razılaşmalar əldə edildikdən və lazımi icazələr alındıqdan sonra sövdələşməni elan edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv